• Bakı 12° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Avtomobil 14 yaşlı yeniyetməni vurdu

HADİSƏ

30 May 2023 | 16:58

Avtomobil 14 yaşlı yeniyetməni vurdu

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonunun Səpnəkəran kəndi ərazisində qeydə alınıb.

Lerik rayonunun Rvarud kənd sakini 1974 - cü il təvəllüdlü Ehram Firudin oğlu Muradov idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Səpnəkəran kənd sakini Rəvayət Füzuli qızı Fərəcovanı vurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində zəruri tibbi yardım göstərilərək özəl klinikanın birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

03 Aprel 2026