Abşeron rayon sakini avtomobilini işıq dirəyinə çırpıb, hadisə yerində ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Xocəsən qəsəbəsində, Qobu yaşayış massivində baş verib.
"Vaz 21074" markalı avtomobilin sürücüsü Məlikov Asif Müslüxan oğlu hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.


jpg-1701754563.jpg)













