• Bakı 15° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Avtomobillərdən oğurlanan kartlarla alış-veriş edən şəxs saxlanılıb

HADİSƏ

10 May 2024 | 16:44

Avtomobillərdən oğurlanan kartlarla alış-veriş edən şəxs saxlanılıb

Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ayrı-ayrı şəxslərə məxsus 4 avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitələrinin salonlarında telefon, noutbuk, bank kartları, pul və digər qiymətli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

    Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əmlakı qəsdən məhv etmə və oğurluqda şübhəli bilinən paytaxt sakini 1994-cü il təvəlüldlü Əli Səfərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb. Qeyd edək ki, saxlanılan şəxs oğurladığı bank kartlarının bir neçəsi ilə mağazalardan alış-veriş etməyə də cəhd göstərib. Onun bu hərəkətləri təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı Suraxanı RPİ-nin 32-Polis Bölməsində araşdırmalar davam etdirilir. Ə.Səfərovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.


    SON XƏBƏRLƏR

    20 May 2024