• Bakı 12° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Avtovağzal kompleksinin qarşısında qəza - qadın öldü

HADİSƏ

04 Fevral 2025 | 09:24

Avtovağzal kompleksinin qarşısında qəza - qadın öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, 1965-ci il təvəllüdlü Məmmədəliyev Vüqar İsaq oğlu idarə etdiyi "Saipa” markalı avtomaşınla Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında hərəkətdə olan zaman piyada 1971-ci il təvəllüdlü Novruzova Məryəm Fərmayıl qızını vurub.

Nəticədə qadın aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


SON XƏBƏRLƏR