q
  • Bakı 11° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Avtoxuliqanlıq edib videosunu "TikTok"da paylaşan sürücü həbs edildi - VİDEO

CƏMİYYƏT

28 Aprel 2026 | 19:21

Avtoxuliqanlıq edib videosunu TikTokda paylaşan sürücü həbs edildi - VİDEO

Yasamal RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “BMW” markalı, 90-UC-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orxan Kamilli saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, O.Kamilli idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə O. Kamillinin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 15 sutka inzibati qaydada həbs edilib.

 


SON XƏBƏRLƏR