Yeddi müxalifət partiyasından Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu müxalifətin seçki nəticələrinin dərcindən narazılığı fonunda tərəfdarlarını yatmamağa və seçki məntəqələrini tərk etməməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, o, partiyasından olan müşahidəçilərin və seçki komissiyalarının üzvlərinin yerində qalmalı olduqlarını tövsiyyə edib.
"Ay camaat, bu gecə yatmayacağıq. Mən Yüksək Seçki Komissiyasına xəbərdarlıq edirəm: siz vilayətlər üzrə məlumatları təqdim etməyə borclusunuz”, - Kılıçdaroğlu bildirib.
















