Müğənni Aysun İsmayılova paylaşım etmədiyinə görə mənfi şərhlər yazan izləyicilərinə mesaj ünvanlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, hazırda tətildə olduğunu və bu səbəbdən sosial şəbəkələrdə əvvəlki qədər aktiv olmadığını bildirib:
“Hazırda tətildəyəm, bütün fikrim istirahətdədir. Buna görə də çox paylaşım etmirəm. Son paylaşımımdan sonra da məni xeyli tənqid etdiniz. Amma bunlar mənə təsir etmir, qətiyyən vecimə deyil. Siz də öz işinizlə məşğul olun. Əksinə, bu, səhifəmin aktivliyini daha da artırır”.
İfaçı istirahətdən sonra onu gərgin iş qrafikinin gözlədiyini də açıqlayıb. Onun sözlərinə görə, yaxın günlərdə toylarla bağlı olduqca sıx qrafiki olacaq və bəzi günlərdə 2-3 məclisdə iştirak edəcək.




