• Bakı 11° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Ayxan Abbasov: "Zirə"ni 1 xal qazanması münasibəti ilə təbrik edirəm"

İDMAN

07 Aprel 2026 | 19:43

Ayxan Abbasov: Zirəni 1 xal qazanması münasibəti ilə təbrik edirəm

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XXVI turunda qarşılaşdıqları "Zirə" komandasını 1 xal qazanmaları münasibəti ilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis bu barədə sözügedən oyundan sonra təşkil edilən mətbuat konfransında danışıb.

O, 1:1 hesabı ilə başa çatan qarşılaşmanı şərh edib:

"Oyun kifayət qədər gərgin və maraqlı mübarizə şəraitində keçdi. İlk hissədə daha çox taktiki mübarizə ön planda idi və hər iki komanda ehtiyatlı davranırdı. Təəssüf ki, Balau yaranan imkandan yararlana bilmədi.

Fasilədən sonra rəqibin oyuna müdaxilə edəcəyini gözləyirdik. Lakin ikinci hissənin əvvəlində aldığımız qırmızı vərəqə planları çətinləşdirdi. Buna baxmayaraq, buraxılan qoldan sonra komanda ruhdan düşmədi və sonadək nəticə üçün mübarizəni davam etdirdi. Əvvəlki oyunlarda belə vəziyyətlərdə "dağılırdıqsa", bu dəfə daha dözümlü çıxış etdik.

10 nəfərlə "Zirə" kimi güclü rəqibdən xal qazanmaq müsbət nəticədir. Ümumilikdə, "Şamaxı" bu mövsüm gözləntilərin üzərinə çıxaraq daha iddialı mübarizə aparır. Əsas məqsədimiz futbolçuların son dəqiqəyə qədər mübarizəni dayandırmamasıdır. Rəqib komandanı 1 xal qazanması münasibəti ilə təbrik edirəm".


SON XƏBƏRLƏR