• Bakı 23° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Azad edilən ərazilərdə dabaq xəstəliyinə qarşı azad zonalar yaradılacaq

CƏMİYYƏT

04 Iyun 2025 | 10:14

Azad edilən ərazilərdə dabaq xəstəliyinə qarşı azad zonalar yaradılacaq

Azad edilən ərazilərdə - Zəngilan, Qubadlı, Laçın, Füzulidə dabaq xəstəliyinə qarşı azad zonaların yaradılması nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, ÜHS-nin Avropa Komissiyasının vitse-prezidenti Qalib Əbdüləliyev “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutan "Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası" adlı paneldə deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərlə yanaşı, Naxçıvanda da vaksinasiya aparmaqla dabaq xəstəliyinə qarşı mübarizə prioritet istiqamətlərdəndir.


SON XƏBƏRLƏR