• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azad olunmuş ərazilərin bərpasına nə qədər vəsait xərclənib?

CƏMİYYƏT

13 Noyabr 2023 | 11:37 | Müəllif: Qalib İbrahimoğlu

Azad olunmuş ərazilərin bərpasına nə qədər vəsait xərclənib?

"Ölkəmizin tarixi və hərtərəfli tərəqqi illəri kimi daxil olan bu mərhələdə Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın dövlətçilik əsasları daha da möhkəmlənib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

    Onun sözlərinə görə, bu mərhələdə ölkəmizin neft-qaz resurslarından məharətlə istifadə olunub: “Azərbaycan dövləti artıq 3 ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir. 3 ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib".

    Nazir qeyd edib ki, indiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib, cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir.

    "Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olaraq qalacaq”, - deyə Samir Şərifov vurğulayıb.

    Aytac Aslan


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026