• Bakı C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Azadlıq prospektində çoxmərtəbəli binanın damında qanunsuz hovuz və tikili aşkarlanıb

CƏMİYYƏT

19 Iyun 2025 | 11:44

Azadlıq prospektində çoxmərtəbəli binanın damında qanunsuz hovuz və tikili aşkarlanıb

Azadlıq prospekti 13 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının damında qanunsuz şəkildə hovuz və tikili inşa edilib.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.

Bildirilib ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində artıq işlərə başlanılıb.

Qeyd olunur ki, bu qanunsuz tikililər binanın dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb. Hazırda ərazidə nəzarət və təhlükəsizlik tədbirləri gücləndirilib.


SON XƏBƏRLƏR

29 Dekabr 2025