• Bakı C

    8.68 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

AZAL-a 2 milyard manatdan çox əlavə kapital qoyulub

CƏMİYYƏT

01 Yanvar 2026 | 16:31

AZAL-a 2 milyard manatdan çox əlavə kapital qoyulub

2024-cü ildə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) 2 milyard manatdan çox əlavə kapital qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin illik maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, 2025-ci il yanvarın 1-nə aviaşirkətə əlavə kapital qoyuluşu 2 milyard 626,091 milyon manat təşkil edib. Bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 2 milyard 354,858 milyon manat və yaxud 9,7 dəfə çoxdur.

Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823,975 milyon manatdır. Aviaşirkətin qərargahı Bakıda - Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.


SON XƏBƏRLƏR

31 Dekabr 2025