• Bakı 28° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

AZAL Bakı ilə Əl-Küveyt arasında birbaşa reyslər açır

CƏMİYYƏT

17 Mart 2023 | 21:08 | Müəllif: Subhan Mahmudov

AZAL Bakı ilə Əl-Küveyt arasında birbaşa reyslər açır

AZAL aprel ayından etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir. “Azərbaycan Hava Yolları” aviaşirkəti aprelin 22-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Əl-Küveyt şəhərinə reyslərin icrasına başlayır.

Bakıvaxtı.az xəbər verir ki, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.

Küveyt turistləri yerli görməli məkanları, müasir şərq memarlığı, çimərlik istirahəti, alış-veriş və s. ilə cəlb edir.

Aviabiletləri rəsmi www.azal.az saytından və ya AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026