• Bakı 16° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

AZAL Ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib - FOTO

CƏMİYYƏT

10 May 2024 | 14:52

AZAL Ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib - FOTO

Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür.

Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi dünya şöhrətli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət ediblər.

    Ziyarətçilər Ulu öndərin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.


    SON XƏBƏRLƏR