• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

AZAL yük və baqaj daşımalarını 50%-dən çox artırıb

İQTİSADİYYAT

13 Mart 2026 | 13:15

AZAL yük və baqaj daşımalarını 50%-dən çox artırıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən 2025-ci il ərzində 35,2 min reys yerinə yetirilib, 4 162,1 min sərnişin, 27,8 min ton yük və baqaj, 1 405 ton poçt daşınılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

    Hesabatda bildirilir ki, 2024-cü illə müqayisədə ötən il daşınan sərnişinlərin sayı 2,9%, yük və baqaj daşımaları 51,1%, poçt daşımaları 2,4 dəfə, reyslərin sayı isə 5,1% artıb. Beynəlxalq istiqamətlərdə daşınmış sərnişinlərin sayı 3,3% artaraq 3 400 min sərnişin, ölkədaxili istiqamətlərdə isə 0,2% azalaraq 746 min sərnişin təşkil edib.

    “Hesabat ilində AZAL-ın bütün beynəlxalq hava limanlarında yola salınmış və qəbul edilmiş sərnişinlərin sayı 1,1% artaraq 8 640 min nəfər, o cümlədən beynəlxalq istiqamətlər üzrə 1,2% artaraq 7 890 min nəfər təşkil edib.

    2025-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlməklə və bu Aeroportdan keçməklə sərnişin axını 2024-cü illə müqayisədə 1,3% artaraq 7 640 min nəfər olmuşdur və bu sərnişinlərin 6 880 min nəfəri və ya 90%-i beynəlxalq istiqamətlər üzrə uçuşlardan istifadə edib”, - hesabatda qeyd olunub.

    Hesabata əsasən, "Azərnaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən 2025-ci ildə Azərbaycan Respublikasının hava məkanından istifadə edən 261,1 min uçuşa xidmət göstərilib ki, bu da 2024-cü illə müqayisədə 31,9 min uçuş və ya 13,9% çoxdur.


    SON XƏBƏRLƏR