• Bakı 24° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Azərbaycan Basketbol Liqasında VI tura start verilir

İDMAN

10 Dekabr 2024 | 09:30

Azərbaycan Basketbol Liqasında VI tura start verilir

Bu gün Azərbaycan Basketbol Liqasında VI tura start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, A qrupunda iki qarşılaşma keçiriləcək.

İlk olaraq "Naxçıvan" "Neftçi" ilə üz-üzə gələcək. Oyun saat 15:30-da start götürəcək. Bölgə təmsilçisi 9 xalla ikinci, "ağ-qaralar" 5 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Sərhədçi" və "Sabah" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Paytaxt klublarının dueli saat 18:30-da başlayacaq. "Sərhədçi" 8 xalla üçüncü, "bayquşlar" 10 xalla birincidir.

Qeyd edək ki, turun digər oyunları 11, 13 və 14 dekabrda gerçəkləşəcək.


SON XƏBƏRLƏR

13 Iyun 2025