• Bakı 23° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Azərbaycan bayrağına hörmətsizlik edildi - VİDEO

CƏMİYYƏT

16 Oktyabr 2026 | 20:50 | Müəllif: Subhan Mahmudov

Azərbaycan bayrağına hörmətsizlik edildi - VİDEO

"Sorasupercars" sosial media hesabı tərəfindən Azərbaycan bayrağına hörmətsizlik edilib. 

Bakıvaxtı.az xəbər verir ki, süni intellektlə hazırlanmış videoda avtomobil, modelin açıq-saçıq geyimi, çantası və hətta ayaqqabısı Azərbaycan bayrağının rənglərində təsvir olunub. Bu isə izləyicilərin etirazına səbəb olub. Onlar səhifəni uğrunda şəhid qanı axıdılan milli simvola hörmətsizlikdə ittiham ediblər. 

Video əvvəlcə "Azərbaycan" həşteqi ilə paylaşılsa da, etirazlardan sonra açıqlama verilərək bildirilib ki, bu, Azərbaycan bayrağının rəngləri deyil, təsadüfən oxşar rənglərdir. 

Qeyd edək ki, səhifə "Mətanət Əhmədova" adlı şəxsə məxsus göstərilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026