• Bakı 26° C

    13.06 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Azərbaycan bu ölkəylə vizasız gediş-gəliş əldə edə bilər

CƏMİYYƏT

14 Avqust 2026 | 15:28

Azərbaycan bu ölkəylə vizasız gediş-gəliş əldə edə bilər

Azərbaycan və Seneqal arasında turist axınının asanlaşdırılmasına, vizasız və ya sadələşdirilmiş səfərlərin mümkün olmasına yönəlmiş ikitərəfli sazişin imzalanması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Seneqalın Türkiyə, Azərbaycan, Türkmənistan və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Sohna Diop "Report"un yerli bürosuna müsahibəsində deyib.

Səfir iki ölkə arasındakı turizm əlaqələrinə toxunub:

"Ölkələrimiz arasında turizm əlaqələrinə gəldikdə, cəmi iki həftə əvvəl Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə çox məhsuldar onlayn görüş keçirdik. Agentliyin rəhbərliyi ilə danışıqlar zamanı qarşılıqlı biznes və tanışlıq səfərlərinin təşkil olunması barədə razılığa gəldik.

Bu səfərlər çərçivəsində Azərbaycan və Seneqal arasında turist axınının asanlaşdırılmasına, vizasız və ya sadələşdirilmiş səfərlərin mümkün olmasına yönəlmiş ikitərəfli saziş imzalamağı planlaşdırırıq. Məqsədimiz iki ölkə arasında səyahətləri mümkün qədər asanlaşdırmaq, azərbaycanlıları Seneqala, seneqallıları isə Azərbaycana səfər etməyə təşviq etməklə qarşılıqlı turizm mübadiləsini inkişaf etdirməkdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR