• Bakı 11° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Azərbaycan çox maraqlı tərəfdaşa çevrilir - Qordana Silyanovska-Davkova

SİYASƏT

11 Mart 2025 | 15:27

Azərbaycan çox maraqlı tərəfdaşa çevrilir - Qordana Silyanovska-Davkova

"Prezident İlham Əliyev Azərbaycanla strateji tərəfdaşlıqda Avropa İttifaqının marağı haqqında artıq danışdı".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan və Şimali Makedoniya prezidentlərinin mətbuata bəyanatları zamanı Qordana Silyanovska-Davkova deyib.

    O bildirib ki, Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir.

    "Mən cənab Prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq", - Qordana Silyanovska-Davkova deyib.


    SON XƏBƏRLƏR

    11 Mart 2025