"Ölkəmiz qlobal iqtisadiyyatda öz mövqeyini gücləndirməkdədir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq aləmdə enerji tərəfdaşı kimi çıxış edir.
M.Cabbarov qeyd edib ki, ölkəmiz son illərdə dayanıqlı inkişaflılıq nümayiş etdirir ki, adambaşına ÜDM 7200 ABŞ dolları olacağı gözlənilir.
Həmçinin bildirib ki, son illərdə neft qaz sektorunun asılılığının azalması müşahidə olunur.
"Cari vergi ödəyicilərinin sayı da ötən illərlə müqayisədə artıb. Belə ki, 795 min aktiv vergin ödəyicisi var".
Mina Mikayılova