• Bakı C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb

İQTİSADİYYAT

12 Mart 2025 | 14:50

Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb

2025-ci ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 72,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Qeyd edilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artıb.

    ÜDM istehsalının 38,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 22,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.

    Əhalinin hər nəfərinə düşən ÜDM 1864,7 manata bərabər olub.


    SON XƏBƏRLƏR