• Bakı 23° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Azərbaycan millisinin matçının yeri dəyişdirildi

İDMAN

02 Sentyabr 2026 | 22:22

Azərbaycan millisinin matçının yeri dəyişdirildi

Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb. Oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı alınsa da tərəflər arasında aparılmış əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində qarşılaşmanın Bakıda keçirilməsi qərara alınıb. 

Məkan dəyişikliyi UEFA ilə də razılaşdırılıb.

Qeyd edək ki, AFFA-nın məlumatına görə, məkan dəyişikliyi Gəncə şəhərinin və stadionun qarşılaşmanı qəbul etməyə hazırlığı ilə bağlı deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR