• Bakı 21° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın etdi

İDMAN

23 May 2025 | 22:12

Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın etdi

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, mundialda ikinci turun görüşləri keçirilir.

A qrupunda mübarizə aparan Azərbaycan millisi Sloveniya seçməsi ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil edilən matç yığmanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Elvin Əlizadə, Mirmehdi Rzayev, Xətai Bağırov və Kamran Abdullazadə vurublar.

Elşad Quliyevin baş məşqçisi olduğu yığma mayın 21-də keçirdiyi ilk matçda Bəhreynlə 1:1 hesablı heç-heçə edib.

Komanda növbəti oyununu mayın 25-də Mavritaniya seçməsinə qarşı keçirəcək.


SON XƏBƏRLƏR

23 May 2025