• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edildi

SİYASƏT

06 Fevral 2025 | 20:04

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edildi

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ilə NATO Baş katibinin müavini Radmila Şekerinska arasında görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Sülh naminə tərəfdaşlıq (SNT) proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun rəhbərlik etmiş olduğu sülhə dəstək əməliyyatlarına, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfəsi ilə bağlı məhsuldar müzakirə aparılıb.

Tərəflər həmçinin Azərbaycanın nəqliyyat infrastrukturunun dünyanın nəqliyyat xəritəsindəki əvəzolunmaz rolundan və regiondakı cari inkişaflardan bəhs ediblər.

Görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə təsadüf etmiş 2024-cü ildəki əməkdaşlıq yüksək dəyərləndirilib və 2025-ci il üçün əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

06 Fevral 2025