• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Qazdan sonra neft də bahalaşır - 87 dolları keçdi 

İQTİSADİYYAT

02 Noyabr 2021 | 10:24

Qazdan sonra neft də bahalaşır - 87 dolları keçdi

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,91 ABŞ dolları, yaxud 1,06 % artıb.

Bakıvaxtı.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 87,08 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,08% artaraq 5,219 ABŞ dolları təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026