• Bakı 15° C

    2.25 m/s

Azərbaycan Ombudsmanının maaşı artırıldı

CƏMİYYƏT

12 Yanvar 2023 | 19:47 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Ombudsmanının maaşı artırıldı

Azərbaycanda İnsan Hüquqları üzrə müvəkkilin (Ombudsman) maaşı artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, Ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manata çatdırılıb.

Bundan əlavə, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026