• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan-OPEC Fondu əməkdaşlığı müzakirə olundu - FOTOLAR

İQTİSADİYYAT

17 Iyun 2026 | 16:06 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan-OPEC Fondu əməkdaşlığı müzakirə olundu - FOTOLAR

İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər 2025–2030-cu illəri əhatə edən Ölkə Tərəfdaşlığı Çərçivəsinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətləri nəzərdən keçiriblər.

Su təchizatının yaxşılaşdırılması, sosial infrastrukturun inkişafı və ekoloji dayanıqlılığın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin, özəl sektorun dəstəklənməsi, investisiya imkanlarının təşviqi və regional bağlantı layihələrində iştirak imkanları nəzərdən keçirilib.


Azərbaycan-OPEC Fondu əməkdaşlığı müzakirə olundu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026