• Bakı C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Azərbaycan-Özbəkistan danışıqları: Mərkəzi Asiya xətti güclənir

SİYASƏT

02 Mart 2026 | 17:52

Azərbaycan-Özbəkistan danışıqları: Mərkəzi Asiya xətti güclənir

Son dövrlər Mərkəzi Asiyanın əhəmiyyəti ciddi şəkildə artıb. Xüsusilə Avropa və Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu bölgəyə marağı güclənib.

Bu fikirləri politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun dərinləşməsi mövzusunda danışarkən bildirib.

Politoloqun sözlərinə görə, Rusiya uzun müddət ərzində bu regionda dominant mövqeyini qorumağa çalışıb. Lakin son illərdə Rusiyanın diqqətinin digər regionlara, o cümlədən Ukrayna münaqişəsinə yönəlməsi fonunda Çin də Mərkəzi Asiyada aktiv şəkildə əsas oyunçulardan birinə çevrilməyə çalışır.

Zeynal Əmrəliyev: Bu əlaqələrin inkişafından hər iki tərəf qazanc əldə edəcək

Z.Əmrəliyev qeyd edir ki, bütün bu proseslər onu göstərir ki, Mərkəzi Asiya artıq dünyanın aparıcı cazibə mərkəzlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri inkişaf etdirməsi tamamilə təbii və məntiqidir. İlk növbədə bu əməkdaşlıq iqtisadi maraqlar çərçivəsində formalaşır:

"Lakin iqtisadi maraqlardan da əvvəl ortaq tarixi və mədəni bağlar mövcuddur. Mərkəzi Asiya ölkələrinin böyük əksəriyyəti türk dövlətləridir və biz eyni kökdən - türk mənşəyindən gəlirik. Bu baxımdan qardaş ölkələrlə münasibətlərin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Özbəkistan burada ayrıca qeyd edilməlidir".

Müsahibimiz bildirib ki, Özbəkistan son illərdə Şavkat Mirziyoyevin həyata keçirdiyi siyasət nəticəsində Mərkəzi Asiyanın yüksələn güclərindən birinə çevrilib və regionun aparıcı ölkələri sırasında yer alır. Bu amil Azərbaycanın Özbəkistanla münasibətlərini yüksək səviyyədə inkişaf etdirməsinin əsas səbəblərindən biridir:

"Şübhəsiz ki, bu əlaqələrin inkişafından hər iki tərəf qazanc əldə edəcək. Paralel olaraq həm ikitərəfli münasibətlər, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, türk dünyasında inteqrasiya proseslərinin daha yüksək səviyyədə həyata keçirilməsi strateji baxımdan olduqca düzgün və məqsədyönlü addımdır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR