q
  • Bakı 11° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı müzakirə edildi

İQTİSADİYYAT

23 Aprel 2026 | 17:26

Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı müzakirə edildi

Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Azərbaycan - Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri, dostum və həmkarım Laziz Kudratovu ölkəmizdə qarşılamaqdan məmnun olduq. Ölkələrimizin strateji tərəfdaşlığını, dinamik iqtisadi inteqrasiyanı və yeni təşəbbüsləri vurğuladıq. Qarşılıqlı sərmayələrin və ticarət dövriyyəsinin artırılması, birgə investisiya və infrastruktur layihələrinin həyata keçirilməsi, sənaye sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik", - paylaşımda qeyd edilib.


SON XƏBƏRLƏR