• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərbaycan-Özbəkistan münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb

SİYASƏT

11 Avqust 2026 | 18:44 | Müəllif: Gülşən Şərif

Azərbaycan-Özbəkistan münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov bu ölkənin xarici işlər nazirinin müavini Bobur Usmanovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə R. Məmmədov "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Görüş zamanı Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb", - o yazıb.

Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər üzrə səmərəli əlaqələrin davam etdirilməsi barədə müzakirələr aparıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026