• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azərbaycan özünün uzunömürlülüləri ilə tanınır

CƏMİYYƏT

16 Mart 2023 | 11:44 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan özünün uzunömürlülüləri ilə tanınır

“Azərbaycan qədim zamanlardan özünün uzunömürlülüləri ilə tanınır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov "Viva la vida" uzunömürlülük üzrə beynəlxalq konqres və sərginin açılış mərasimində bildirib.

O qeyd edib ki, bu gün bütün dünyada tibb elminin qaşısında yalnız hansısa xəstəliklərin müayinə və müalicəsi, cərrahi müdaxilələr və sair dayanmır: “Bu gün dünya tibbi insanların həyat keyfiyyətini yaxşılaşdırmağı, uzunömürlülüyü təmin etməyi də əsas hədəflərə çevirib. Yaşlanma prosesini yavaşlatmaq, alternativ psixologiya yöntəmləri ilə beyin və zehni sağlamlığı təmin edərək mənəvi uzunömürlülüyə nail olmaq, yaşlanma əleyhinə təbabət - kök hüceyrə və gen terapiyası texnologiyaları kimi sahələrə daha çox diqqət göstərmək müasir səhiyyənin qarşıya qoyduğu əsas məsələlərdəndir. Düşünürəm ki, bu sahələrdə də kifayət qədər yeniliklərə imza atılır, müasir tendensiyalar izlənilərək davamlı sağlamlıq üçün uğurlu metodlar tətbiq olunur”.

A.Nəsirov bildirib ki, bu konqresin təkcə Azərbaycanda deyil, bütövlükdə regionda ilk dəfə keçirilməsi də təqdirəlayiq haldır: “Bilirsiniz ki, ölkəmiz qədim zamanlardan özünün uzunömürlülüləri ilə tanınır. Uzunömürlülük yolunda vacib və ilk addım bədənin fiziki ehtiyatlarının dəqiq diaqnozudur. Konqresdə xüsusən məhz diaqnostika məsələlərinə böyük diqqət ayrılması vacibdir. Ölkəmizdə uzunömürlülərin çox yaşamasının bir neçə səbəbi var. İlk öncə onlarda adaptiv-kompensator mexanizmlər güclü olur. Səbəblər arasında irsi faktor, üçüncü səbəb ekoloji faktor və yaşam tərzidir. İrsi və ekoloji faktorlar adətən bir-birini şərtləndirir. Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Statistikaya əsasən, ölkəmizdəki uzunömürlülər daha çox görmə və eşitmə üzvlərinin xəstəliklərindən əziyyət çəkirlər. TƏBİB olaraq biz də tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə vətəndaşların həyat keyfiyyətini artırmağa, uzun və sağlam yaşamlarını təmin etməyə çalışırıq. Eyni zamanda, insanları aktiv həyat tərzinə, sağlam qidalanmaya üstünlük verməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırırıq”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026