• Bakı C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub

GÜNDƏM

12 Fevral 2025 | 19:33

Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub

Pakistanın İslamabad şəhərində təsis edilmiş Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılış mərasimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Pakistanın investisiya naziri Abdul Aleem Khan, xarici ölkələrin Pakistandakı səfirləri, Pakistanın dövlət qurumlarının, o cümldən Xarici İşlər Nazirliyinin, habelə ictimaiyyət, mədəniyyət və hər iki ölkədə biznes fəaliyyəti ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində ilk olaraq hər iki ölkənin dövlət himnləri səsləndirilib, Azərbaycanda biznes və investisiya mühitinə dair videoçarx nümayiş olunub.

Tədbirdə iki ölkə arasındakı yüksək səviyyəli diplomatik münasibətlərin iqtisadi əlqalərin inkişafına möhkəm zəmin yaratdığını qeyd edən Azərbaycanın Pakistandakı səfir Xəzər Fərhadov Azərbaycanda investisiya imkanları, digər vergi güzəştləri və təşviqlər barədə də danışıb.

Diplomat bu mənada 2027-ci il dekabrın 31-dək Pakistandan idxal edilən həmin ölkə mənşəli düyünün idxal gömrük rüsumundan azad edilməsinə diqqət çəkərək iki ölkə arasında potensial əməkdaşlıq imkanları haqqında iştirakçıları məlumatlandırıb.

Daha sonra Pakistanın investisiya naziri Abdul Alim Xan, Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Atif Ikram Şeyx və Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının sədri Əhsən Zəfər Bəxtəvarinin çıxışları dinlənilib. Məruzəçilər çıxışları zamanı Azərbaycan və Pakistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticarət əlaqələrinin də artan tendensiya üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Xarici investorlar üçün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və biznes imkanları, Pakistan şirkətlərinin Azərbaycanda fəaliyyəti barədə də danışılıb.

Sonda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının rəmzi açılışını bildirən qırmızı lent kəsilib, xatirə şəkilləri çəkilib.


SON XƏBƏRLƏR