• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Azərbaycan Pakistanla investisiya imkanlarını genişləndirməyi müzakirə edib

CƏMİYYƏT

27 Sentyabr 2024 | 14:33

Azərbaycan Pakistanla investisiya imkanlarını genişləndirməyi müzakirə edib

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin ədliyyə naziri Əzəm Nazir Tatar ilə iki ölkə arasında investisiya imkanlarının genişləndirilməsini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan tərəfinin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.

“Nazirlə Azərbaycanın səfiri arasında məhsuldar görüş olub. Əlaqələrin möhkəmləndirilməsi, hüquqi əməkdaşlıq və investisiya imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib”, - paylaşımda bildirilib.


SON XƏBƏRLƏR