• Bakı 20° C

    2.65 m/s

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

İDMAN

04 Oktyabr 2024 | 19:30 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Azərbaycan Premyer Liqasında "Kəpəz" "Neftçi"yə qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, IX turun açılış matçında, Tovuz şəhər stadionunda "ağ-qaralar"ı qəbul edən Gəncə təmsilçisi cari mövsümdə ilk qələbəsini qazanıb - 4:3.

Meydan sahiblərinin heyətində Orxan Əliyev (24, 32) dubl müəllifi olub. Mahamadu Ba (41) və Viktor Braqa (48) isə hərəyə bir dəfə fərqləniblər. Qonaq komandadan Ervin Koffi (4), Ramil Şeydayev (31) və Ağadadaş Salyanski (90+5) adını tabloya yazdırıb.

Bu qələbə sayəsində turnir cədvəlinin sonuncu sırasında qərarlaşan "Kəpəz" hesabına ilk 3 xalı yazdırıb. "Neftçi" isə 5 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026