• Bakı 30° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq

İDMAN

25 Avqust 2025 | 09:12

Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq

Misli Premyer Liqasında II tura bu gün yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, sonuncu oyunda "Qəbələ" "Zirə"ni qəbul edəcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 19:00-da start götürəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq.

Paytaxt təmsilçisi ilk turda "Araz-Naxçıvan"la, "qırmızı-qaralar" isə "Karvan-Yevlax"la 1:1 hesablı heç-heçə edib.

Misli Premyer Liqası

1-ci dövrə, II tur

25 avqust

19:00. “Qəbələ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə qolsuz bərabərə qalıb. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2), "Sabah" "Şamaxı"nı, "Araz-Naxçıvan" "Turan Tovuz"u (hər ikisi 2:1) məğlub edib.


SON XƏBƏRLƏR

24 Avqust 2025