• Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Azərbaycan Prezidenti Liviyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB

SİYASƏT

24 Noyabr 2022 | 15:20

Azərbaycan Prezidenti Liviyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB

Azərbaycan-Moldova ikitərəfli əlaqələri çox yaxşı səviyyədədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edərkən bildirib. Azərbaycan dövlət başçısı konkret sahələr üzrə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

Siyasi sahədə yaxşı qarşılıqlı fəaliyyətin olduğunu qeyd edən dövlət başçısı yüksək səviyyədə təmasların əhəmiyyətini və ticarət mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb, nəqliyyat, energetika, investisiya qoyuluşu sahələrində əlaqələrin dərinləşdirilməsi üçün imkanların olduğunu deyib. Beynəlxalq səviyyədə ölkələrimizin qarşılıqlı dəstəyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın və Moldovanın ikitərəfli formatda da həmrəylik nümayiş etdirdiklərini vurğulayıb.
 

13:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


SON XƏBƏRLƏR