• Bakı 23° C

    2.67 m/s

Azərbaycan Prezidenti Türkmənistanın yeni Prezidentini təbrik edib

SİYASƏT

15 Mart 2022 | 17:45 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan Prezidenti Türkmənistanın yeni Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın yeni seçilmiş Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki. təbrikdə deyilir:

"Hörmətli Sərdar Qurbanquliyeviç,

Türkmənistanın Prezidenti vəzifəsinə keçirilmiş seçkilərdə qazandığınız qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası tarixi, dini və mədəni köklərlə bağlı olduğu qardaş Türkmənistan ilə ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. İkitərəfli münasibətlərdə mövcud olan yüksək səviyyəli siyasi dialoq, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur. Əminəm ki, Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə inkişaf edərək ölkələrimizin rifahına xidmət edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkmənistanın firavanlığı naminə qarşıdakı ali dövlətçilik fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026