• Bakı C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Azərbaycan-Serbiya diplomatik dialoqu yeni mərhələyə keçir

SİYASƏT

06 Fevral 2026 | 17:48

Azərbaycan-Serbiya diplomatik dialoqu yeni mərhələyə keçir

Son dövrlər Azərbaycan-Serbiya xəttində xarici siyasət və diplomatik əməkdaşlığın dərinləşdirilməsinə yönələn çoxtərəfli siyasi məsləhətləşmələr iki ölkə arasında dialoqun yeni mərhələyə keçdiyini göstərir. Bu prosesin regional diplomatik dinamikaya mümkün təsiri və Azərbaycanın burada əldə edə biləcəyi strateji üstünlüklər ayrıca diqqət çəkir.

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Serbiya Azərbaycanın beynəlxalq dostlarından biridir. Bu ölkə ilə Azərbaycan arasında kifayət qədər ciddi və möhkəm münasibətlər mövcuddur. Son illərdə Azərbaycan-Serbiya əlaqələri yüksələn xətlə inkişaf edir. Xüsusilə iki ölkə arasında xarici siyasət və diplomatik əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı aparılan məsləhətləşmələr mövcud dostluq münasibətlərinin bariz nümunəsidir:

"Ümumilikdə Azərbaycan və Serbiya arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirmək olar. Serbiya eyni zamanda Azərbaycanın enerji resursları üzrə tərəfdaşlarından biridir. Belə ki, Azərbaycan enerji resurslarının əsas alıcıları sırasında Serbiya da yer alır. Bu baxımdan enerji resursları baxımından zəngin olan Azərbaycanla strateji tərəfdaşlıq Serbiya üçün də maraqlıdır".

Elçin Xalidbəyli: Serbiya Azərbaycanın təkcə dostu deyil, eyni zamanda iqtisadi-ticari tərəfdaşıdır

Politoloqun sözlərinə görə, digər tərəfdən, Azərbaycan qlobal məkanda öz nüfuzunu ardıcıl şəkildə artırır. Artıq ölkə yalnız regional lider olmaqla kifayətlənmir, eyni zamanda qlobal səviyyədə də öz siyasi iradəsini ortaya qoyur. Bu isə rəsmi Bakının çoxvektorlu xarici siyasət kursunun nəticəsidir.

Ekspert bildirib ki, Azərbaycan dünyanın müxtəlif istiqamətləri üzrə önəmli dövlətlərlə qarşılıqlı münasibətləri inkişaf etdirir, bununla da qlobal nüfuzunu və təsir dairəsini genişləndirir. Bu proses ölkə üçün böyük əhəmiyyət daşıyır. Belə ki, Azərbaycanın beynəlxalq dəstəyi güclənir, iqtisadi və ticarət əlaqələri genişlənir, inkişaf perspektivləri daha cəlbedici xarakter alır:

"Bütün bunları nəzərə aldıqda, Serbiya ilə münasibətlərin inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Serbiya Azərbaycanın təkcə dostu deyil, eyni zamanda iqtisadi-ticari tərəfdaşıdır. İki ölkə arasında mövcud olan müsbət münasibətlər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradır və bu, hər iki tərəf üçün önəmlidir".

Müsahibimiz qeyd edib ki, bu baxımdan, Serbiya ilə münasibətlərin yeni mərhələyə keçməsinə yönəlmiş addımlar təqdirəlayiq hesab olunur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR