q
  • Bakı 15° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Azərbaycan şirkəti Rusiyada məhkəməni uduzdu: 1 milyon təzminat...

CƏMİYYƏT

24 Aprel 2026 | 11:32

Azərbaycan şirkəti Rusiyada məhkəməni uduzdu: 1 milyon təzminat...

Azərbaycan şirkəti olan “Ruzi-MM” Rusiyanın “Yefremov Yağ və Pendir Kombinatı” MMC ilə məhkəmə davasını uduzub. Qərara əsasən “Ruzi-MM” 1 milyon rubldan artıq təzminat ödəyəcək.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmə araşdırmasının predmeti təqdim olunmuş məhsullara və ya göstərilmiş xidmətlərə görə yaranmış borcdur.

Məhkəmə sənədindən məlum olur ki, söhbət təchizat müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində yaranmış 961,6 min rubl məbləğində borcun, eləcə də 53 min rubl dövlət rüsumu xərclərinin tutulmasından gedir.

Azərbaycanın “Ruzi-MM” şirkəti Rusiyaya, Çinə və Türkiyəyə qoz ləpəsi və fındıq ixracı ilə məşğuldur.

Xatırladaq ki, “Yefremov Yağ və Pendir Kombinatı” 2002-ci ildən fəaliyyət göstərir, yağ və pendir istehsalı ilə məşğuldur. Şirkətin 2025-ci il üzrə gəliri 6,7 milyard rubl təşkil edib. Zavod Fransız pendirlərinin istehsalı üzrə ixtisaslaşmış “Laktalis Russia” qrupuna daxildir./Lent.az 


SON XƏBƏRLƏR

23 Aprel 2026