• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan üçün Şengen vizasının rüsumu dəyişməyəcək - RƏSMİ

Gündəm

21 May 2024 | 15:39

Azərbaycan üçün Şengen vizasının rüsumu dəyişməyəcək - RƏSMİ

Viza sadələşmə müqavilələri olan ölkələr üçün Şengen vizasının rüsumu dəyişməyəcək, 35 avro olaraq qalacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”a Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, Sloveniya Xarici İşlər Nazirliyi Avropa Komissiyasının Şengen viza rüsumlarını 12 faiz artıraraq 90 avroya çatdırdığını açıqlayıb. Bununla belə Avropa Komissiyasından hələlik heç bir açıqlama yoxdur, qərarın bu həftə sonu açıqlanması planlaşdırılır.

Bildirək ki, bundan əvvəl Şengen vizası üçün ödəniş 60 avro idi. Lakin Azərbaycan "Şərq tərəfdaşlığı" ölkəsi olduğu üçün vətəndaşları viza sadələşmə müqaviləsinə əsasən, 35 avro ödəyirdi.


SON XƏBƏRLƏR

26 Iyul 2024