• Bakı 10° C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri başlayıb

CƏMİYYƏT

31 Yanvar 2026 | 10:04

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri başlayıb

Əbu-Dabidə Azərbaycan Ordusu ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təliminin hazırlıq məşqləri başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, daha sonra isə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, mərhələlər üzrə fəaliyyət planı və icra olunacaq tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.

Təlim yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçiriləcək. Təlim planına uyğun olaraq dağlıq ərazidə fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərinin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

Qeyd edək ki, "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.


SON XƏBƏRLƏR

30 Yanvar 2026