• Bakı 27° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Azərbaycan və Ermənistan arasında elektrik xətləri çəkiləcək

İQTİSADİYYAT

02 Iyul 2026 | 12:29

Azərbaycan və Ermənistan arasında elektrik xətləri çəkiləcək

“Azərbaycan və Türkiyə ilə elektrik ötürücü xətlərinin çəkilməsi Ermənistanın enerji təhlükəsizliyinə töhfə verəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, nəqliyyat əlaqələrinin təmin edilməsi ilə yanaşı, Türkiyə və Azərbaycan da daxil olmaqla enerji əlaqələrinin genişləndirilməsi də vacibdir.

“Bu, elektrik ötürücü xətlərinin və birləşdirici enerji bağlantılarının tikintisinə aiddir. Bu layihələr həm enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də yaşıl enerji keçidinin təşviqinə töhfə verə bilər”, - Paşinyan qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026