• Bakı C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Azərbaycan və Ermənistan səfirləri Almaniyada görüşdü

SİYASƏT

28 Yanvar 2026 | 09:16

Azərbaycan və Ermənistan səfirləri Almaniyada görüşdü

27 yanvar tarixində Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşetin dəvəti ilə Ermənistan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Viktor Yenqibaryan və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Nəsimi Ağayev “Cənubi Qafqazda Dönüş Zamanları: Azərbaycan və Ermənistan arasında tarixi sülh, Almaniyanın rolu və Avropanın yeni Şərq Əlaqəsi” mövzusunda müzakirədə iştirak ediblər.

Bakıvaxtı.az NEWS.am-a istinadən xəbər verir ki, tədbirdə onlarla mütəxəssis, parlament üzvü və media nümayəndələri iştirak edib.

Tədbir Münxen Maksimilian Universiteti və Axen Universitetinin Beynəlxalq Əməkdaşlıq, Texnoloji Diplomatiya və Kommunikasiya İnstitutu tərəfindən təşkil olunub.


SON XƏBƏRLƏR

27 Yanvar 2026