Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində İsrail XİN rəhbəri Gideon Saarla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, enerji, yüksək texnologiyalar, müdafiə və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən daha geniş Yaxın Şərqdəki vəziyyət də gündəmdə olub.
Xarici işlər naziri Ceyhun Bayramov da görüşlə bağlı paylaşım edib.
Nazir bildirib ki, israilli həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional və beynəlxalq mövzular üzrə geniş fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin münaqişədən sonra regional yenidənqurma və sülh gündəliyi, Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti, o cümlədən sülh prosesində mövcud problemlər barədə məlumat verilib.
***
13:18
Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar bildirib.
O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla Əbu-Dabidə bir sıra məsələləri müzakirə etdiyini vurğulayıb.
İsrailli nazirin sözlərinə görə, Azərbaycanla münasibətlər genişlənir və strateji, diplomatik, iqtisadi, enerji və digər aspektləri əhatə edir.
“Onları gücləndirməyə davam edəcəyik!”, - Gideon Saar əlavə edib.