• Bakı 16° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Azərbaycan və İtaliya hərbi mütəxəssisləri arasında ekspert görüşü oldu

CƏMİYYƏT

20 Noyabr 2025 | 11:52

Azərbaycan və İtaliya hərbi mütəxəssisləri arasında ekspert görüşü oldu

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İtaliya Respublikasının Baş Qərargahı arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən, "Dağlıq ərazidə köməksiz qalmış şəxslərin axtarış və xilasedilməsi üzrə" ekspert görüşü keçirilib. 

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə,İtaliyanın Çerviya şəhərində yerləşən 15-ci Stormo axtarış və xilasetmə bazasında keçirilən görüşdə bazanın rəhbər heyəti və Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) paraşüt-desant və axtarış xilasetmə üzrə hərbi qulluqçuları iştirak ediblər.

Görüş zamanı iki ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.


SON XƏBƏRLƏR

19 Noyabr 2025