Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsini ziyarət edib.
Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, qonaqlara hərbi qərar qəbuletmə, eləcə də 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı ilə bağlı brifinq təqdim edilib, maraq doğuran suallar ətrafında müzakirələr aparılıb.
Özbəkistan nümayəndə heyəti Mərkəzi Komanda Məntəqəsinə gələrək burada yaradılan şərait və müasir tələblərə cavab verən proqram təminatından istifadə olunmaqla tapşırıqların icra mexanizmi ilə tanış olub.