q
  • Bakı 13° C

    12.59 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır

CƏMİYYƏT

02 May 2026 | 16:36

Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır

Bu gündən Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov "X" hesabında paylaşım edib.

Səfir qeyd edib ki, "Airblue" şirkətinin Bakı–Lahor arasında ilk birbaşa uçuşlarının həyata keçirilməsi ilə Azərbaycan və Pakistan arasında münasibətlərdə mühüm irəliləyiş əldə olunub:

"Bu yeniliklə Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin "Report"a bu gün Lahordan Bakıya birbaşa uçuşlara başladığını bildirmişdi.


SON XƏBƏRLƏR

01 May 2026