• Bakı 11° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Azərbaycan və Pakistan XİN başçıları regionda gərginlikdən danışıblar

SİYASƏT

19 Mart 2026 | 08:20

Azərbaycan və Pakistan XİN başçıları regionda gərginlikdən danışıblar

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, nazirlər regional təhlükəsizlik vəziyyəti və son geosiyasi inkişaflar barədə fikir mübadiləsi aparıblar, Yaxın Şərqdə gərginliyin azaldılmasının, sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.

Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR

18 Mart 2026