• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanla Rusiya arasında həllini tapmayan məsələdən söhbət gedə bilməz

SİYASƏT

27 Sentyabr 2022 | 16:38

Azərbaycanla Rusiya arasında həllini tapmayan məsələdən söhbət gedə bilməz

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sentyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfəri olub.

Səfəri şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov Bakıvaxtı.az-a bildirib ki,Volodin Bakıda ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıb:

“Xüsusilə də, Rusiya parlamenti sədrinin Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlarda ilk növbədə o vurğulanıb ki, münasibətlərimiz 22 fevral 2022-ci il tarixli müttəfiqlik bəyannaməsindən sonra özünün ən yüksək səviyyəsinə çatıb. Azərbaycan və Rusiya strateji tərəfdaş idilər və münasibətlərimiz məlum sənəd imzalandıqdan sonra daha da genişlənib. Cənab Przeident qeyd etdi ki, ikitərəfli münasibətlərimizdə həllini tapmayan və inkişaf edə bilməyən elə bir sahə yoxdur. İstər turizm, siyasət, iqtisadiyyat, nəqliyyat, logistika, humanitar, istərsə də kənd təsərrüfatı sahəsində münasibətlərin inkişafında 8 yol xəritəsi işlənib hazırlanıb. Eyni zamanda, onların icra prosesi də davam edir. İşlər plan üzrə gedir”.

Onun sözlərinə görə, bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan və Rusiya arasında həllini tapmayan məsələdən söhbət gedə bilməz:

“İstənilən məsələnin həlli istiqamətində birgə addımlar atılır. Bu gün sözün əsl mənasında bizim münasibətlərimiz nümunəvidir. Danışıqların gedişatında eyni zamanda cənab Prezident təhlükəsizlik məsələlərini xüsusi vurğuladı və bildirdi ki, regionda uzunmüddətli sülhün qorunması bizim üçün önəmli məsələdir. Volodin də strateji tərəfdaşlıq baxımından münasibətlərimizin əhəmiyyətini vurğuladı. Azərbaycan və Rusiya dostluğunu tarix bir-birinə bağlayır. Həmçinin Volodinin azərbaycanlı həmkarı Sahibə Qafarova ilə də danışıqları olub”.

E.Nəsirov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında imzalanan müttəfiqlik bəyannaməsində iki ölkə arasında parlamentlərarası əlaqələrin geniş inkişaf etdirilməsi vurğulanıb:

“Biz pandemiya dönəmində video formatda görüşlər keçirirdik. Lakin qeyd olunmuşdu ki, pandemiya ilə bağlı yüngülləşmə olan kimi, canlı əlaqə yaradılacaq. Volodinin səfəri də bu dediklərimizi bir daha təsdiqləyir. Sahibə xanım iki dövlət arasında imzalanan hüquqi aktlara da toxunub və bildirib ki, imzalanan sənədlərin sayı 250-dən çoxdur. Həmin sənədlər işlək vəziyyətindədir və icra olunur. Fundamental məsələlərdə biz ortaq mövqedən çıxış edirik. Bundan sonra da, həm parlament rəhbərliyi, həm də deputatların görüşü səviyyəsində əlaqələr davam etdiriləcək”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR