• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Azərbaycan və Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

SİYASƏT

07 Fevral 2025 | 11:51

Azərbaycan və Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Bakıda Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Slovakiya nümayəndə heyətinə isə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin Konsulluq departamentinin direktoru Martin Barton rəhbərlik edib.

Məsləhətləşmədə həmçinin hər iki tərəfin xarici işlər orqanlarının müvafiq idarələrinin əməkdaşları, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmisi və Slovakiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak ediblər.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.

Bundan əlavə, hər iki ölkənin vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində effektiv və çevik konsulluq yardımın göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, Slovakiya Respublikasının və Azərbaycan Respublikasının viza siyasəti barəsində fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında miqrasiya, əmək, sosial müdafiə və s. kimi sahələrdə əməkdaşlığın inkişafı üçün bir sıra təkliflər müzakirə edilib, müvafiq istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair razılıq ifadə olunub.


SON XƏBƏRLƏR

11 Mart 2025